Dünya · Globalinfo.az

Murat Boz yüzlərlə şəxslə birlikdə İstanbulda köməksiz vəziyyətdə qaldı – Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Murat Boz yüzlərlə şəxslə birlikdə İstanbulda köməksiz vəziyyətdə qaldı – Video xəbəri üçün şəkil

Türkiyənin İstanbul şəhərində hava şəraiti kəskin pisləşib. həyata mənfi təsir göstərib.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Beykoz, Sarıyer, Eyüpsultan, Arnavutköy, Başakşehir, Sultanqazi və Büyükçekmece rayonlarında hər kvadratmetrə 50-95 kiloqram yağıntı düşüb.

Tanınmış Müğənni Murat Boz da sosial şəbəkədəki paylaşımında Ayazağada yerləşən “Phoenix” studiyalarında yüzlərlə əməkdaşla birlikdə köməksiz vəziyyətdə qaldığını bildirib. O, ərazidə suyun səviyyəsinin yüksəldiyini və studiyaya da suyun dolmağa başladığını deyərək yanğınsöndürmə xidmətindən və İstanbul valiliyindən yardım istəyib.

Murat Boz canlı yayımda vəziyyətin təcili olduğunu vurğulayaraq deyib:

“Hazırda təcili vəziyyət yarandığı üçün canlı yayım açmağa məcbur oldum. Burada əməkdaşlarla birlikdə Ayazağada köməksiz vəziyyətdə qalmışıq. Olduğumuz yerdən tərpənə bilmirik. Yol təxminən iki metr suyun altında qalıb, su studiyaya da dolmağa başlayıb. İçəridə yüzlərlə insan köməksiz vəziyyətdədir”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑