Fransa hakimiyyəti oktyabrın 17-də ölkəni bürüyən kütləvi etirazların miqyasını əvvəlcədən proqnozlaşdıra bilməyib.
Globalinfo.az xəbər verir ki, bunu Prezident Emmanuel Makron Marseldə çıxışı zamanı bildirib.
Həmin gün keçirilən nümayişlərdə təxminən 550 min nəfər iştirak edib.
Makronun sözlərinə görə, hakimiyyət etirazlara radikal solçu qrupların və kriminal elementlərin qoşulacağını gözləmədiyindən, ictimai asayişin qorunması üçün kifayət qədər polis qüvvəsi cəlb edilməyib.
Prezident sosial şəbəkələrin zorakılıq hallarının artmasına və iğtişaş iştirakçılarının səfərbər olunmasına təsir göstərdiyini deyib.
O, həyat bahalığı ilə bağlı narazılıqlara dialoq və sosial tədbirlərlə cavab verilməli olduğunu, zorakılıq hallarına qarşı isə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini vurğulayıb.
Əliyar Xəlil




