Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fars körfəzi regionunda təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün xüsusi forumun çağırılmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.
Lavrovun sözlərinə görə, regionda təhlükəsizlik sistemi inklüziv olmalı, ərəb ölkələrini, İranı və onların qonşularını əhatə etməlidir.
“Bu təhlükəsizlik arxitekturasının inkişafı prosesinə start verəcək müvafiq forumun çağırılmasını nəzərdən keçirmək yaxşı olardı”, – deyə nazir bildirib.
Qeyd edək ki, Lavrov daha əvvəl Yaxın Şərqdə vəziyyətin kritik olduğunu və regionun genişmiqyaslı hərbi münaqişə təhlükəsi ilə üzləşdiyini bildirmişdi.
Tahir Turan
Globalinfo.az




