Dünya · Bizim.Media

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-ın Dövlət katibi Özbəkistandadır xəbəri üçün şəkil

ABŞ-ın Dövlət katibi Marko Rubio oktyabrın 18-də axşam saatlarında Özbəkistana rəsmi səfərə gəlib. 

Bizim.Media  Gazeta.uz portalına istinadən xəbər verir ki, amerikalı diplomat Səmərqənd beynəlxalq hava limanında təntənə ilə qarşılanıb.

ABŞ Dövlət katibini hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyar Saidov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Bazar ertəsi Səmərqənddə Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının ikinci iclası keçiriləcək. Həmçinin ABŞ və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin "C5+1" formatında növbəti görüşünün baş tutması planlaşdırılır.


Səfər çərçivəsində ticarət, energetika və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Dövlət katibini 200-dən çox ABŞ şirkətinin nümayəndələrindən ibarət böyük heyət müşayiət edir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑