“Kiyevdə gecə saatlarında endirilən zərbələr nəticəsində müəssisələrə və enerji infrastrukturu obyektlərinə ziyan dəyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb.
O bildirib ki, şəhərdə çoxsaylı zərbələr endirilib və dağıntılar qeydə alınıb:
“Zərbələr, xüsusilə enerji obyektlərinə və müəssisələrə dəyib”.
Oktyabrın 22-də səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun hərbi yüklərinin tranzit daşınması üçün istifadə etdiyi “Yujnı” dəmir yolu körpüsünə zərbə endirdiyini açıqlayıb.
Bundan başqa, Ukraynanın paytaxtında “Antonov” müəssisəsinin də hədəf alındığı bildirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, müəssisədə “Flaminqo” raketləri, FP-9 raketləri və pilotsuz uçuş aparatları istehsal olunurdu.
Nazirlik əlavə edib ki, Rusiya qoşunlarının zərbələr endirdiyi ikinci müəssisədə uzaq və orta mənzilli pilotsuz uçuş aparatları, həmçinin robototexnika kompleksləri üçün ehtiyat hissələri istehsal edilirdi.
Əliyar Xəlil
Globalinfo.az


