Ukraynanın Kiyev vilayətində quduzluq təhlükəsi ilə əlaqədar onlarla yaşayış məntəqəsində karantin rejimi tətbiq olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kyiv24” telekanalı məlumat yayıb.
Məlumata görə, karantin tədbirləri Buça, Fastiv və Obuxiv rayonlarının ərazisindəki bir sıra yaşayış məntəqələrini əhatə edir.
Telekanalın bildirdiyinə əsasən, bəzi ərazilərdə karantin rejimi dekabrın ortalarınadək davam edəcək.
Əliyar Xəlil






