Ukraynanın paytaxtı Kiyevin sol sahilində kütləvi elektrik kəsintiləri baş verib və şəhərin geniş bir hissəsi qaranlığa qərq olub.
Globalinfo.az xəbər verir ki, “Ukrinform” agentliyi məlumat yayıb.
Kəsintilərdən əvvəl Kiyev metrosunun hərəkəti də dayandırılıb. Məlumata görə, elektrik enerjisinin kəsilməsinə Şevçenkivski rayonunda yerləşən “Nyvki” yarımstansiyasına həyata keçirilən dron zərbəsi səbəb olub.
Kiyev meri Vitali Kliçko baş verən fəsadları təsdiqləyərək, əraziyə təcili yardım və qəza-xilasetmə xidmətlərinin cəlb olunduğunu bildirib.
Yerli medianın verdiyi əlavə məlumata görə, yaranan elektrik kəsintisi səbəbindən Kiyev funikulyorunun da fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Tahir Turan
Globalinfo.az






