Rusiyanın müxtəlif bölgələrindən olan könüllülərdən ibarət qrup Çeçenistanın Qroznı şəhərindəki beynəlxalq hava limanından Ukraynada xüsusi hərbi əməliyyat zonasına yola düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, döyüşçülər cəbhəyə göndərilməzdən əvvəl Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində hazırlıq keçiblər.
Təcrübəli təlimatçılar onlara lazımi bacarıqları öyrədib və döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlayıblar.
Bundan əvvəl Kadırov bildirmişdi ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Çeçenistandan döyüş zonasına 78 mindən çox döyüşçü göndərilib. Onun sözlərinə görə, onların 26 308 nəfəri könüllü olub. Hazırda Çeçenistan Respublikasından 14 min hərbçi və güc strukturlarının əməkdaşı cəbhədə tapşırıqları yerinə yetirir.
Əliyar Xəlil
Globalinfo.az




