Dünya · Globalinfo.az

İsrailin İranda yeni hədəfi – Trampdan icazə istədilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrailin İranda yeni hədəfi – Trampdan icazə istədilər xəbəri üçün şəkil

“İsrail İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, daha əvvəl hücuma məruz qalmayan enerji obyektlərinə zərbələr endirmək üçün Vaşinqtondan icazə istəyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mənbəsinə istinadən “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, İsrail ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun indiyədək zərbələrə icazə vermədiyi hədəflərin, xüsusilə də enerji obyektlərinin vurulmasına razılıq verəcəyinə ümid edir.

Qeyd edək ki, çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilər ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətində olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑