İsrailin Serbiyadakı səfirliyinin yaxınlığında təhlükəsizlik əməkdaşına hücum edilib.
Globalinfo.az xəbər verir ki, İsrail mediası hücum edənin yetkinlik yaşına çatmadığını yazıb.
O, zərərsizləşdirilsə də, şəxsiyyəti hələlik açıqlanmayıb.
Serbiyanın daxili işlər naziri İvitsa Daçiç hadisəni terror aktı kimi qiymətləndirib.
Məlumata əsasən, hücumdan əvvəl həmin şəxs “Allahu Əkbər” deyə qışqırıb.
Hadisənin digər halları və yaralı mühafizəçinin vəziyyəti barədə məlumat verilməyib.
Safura Bənnayeva
Globalinfo.az





