Dünya · Globalinfo.az

İrandan sonra hədəfdə iki ölkə var: Türkiyə və… – Rzayi xəbərdarlıq etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrandan sonra hədəfdə iki ölkə var: Türkiyə və… – Rzayi xəbərdarlıq etdi xəbəri üçün şəkil

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Türkiyə və Səudiyyə Ərəbistanına qarşı da addımlar ata biləcəyi barədə iddia irəli sürüb.

Globalinfo.az xəbər verir ki, Rzayinin sözlərinə görə, Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Tehranda keçirilən görüş zamanı onu İsrailin növbəti hədəflərinin Türkiyə, daha sonra isə Səudiyyə Ərəbistanı ola biləcəyi barədə xəbərdar edib.

O, həmçinin Türkiyə və Pakistan nümayəndələrinin də İsrailin regiondakı hərəkətləri və mümkün hərbi planları ilə bağlı narahatlıqlarını ifadə etdiklərini bildirib. 

Qeyd edək ki, oktyabrın 26-da Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələrinin iştirakı ilə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdən sonra tərəflər dialoqu davam etdirmək və regional təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. 

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑