Dünya · Globalinfo.az

İran və İraqdan kürd qruplaşmaları ilə bağlı qərar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran və İraqdan kürd qruplaşmaları ilə bağlı qərar xəbəri üçün şəkil

“Tehran və Bağdad İraq Kürdüstanında fəaliyyət göstərən İran kürd müxalifət qruplaşmalarının üzvlərinin bölgədən çıxarılması və ya İrana təhvil verilməsi barədə razılığa gəliblər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” nəşri yazıb.

Qeyd olunub ki, bununla bağlı İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq məlumat verib.

Razılaşma İran nümayəndə heyətinin və İraqın milli təhlükəsizlik müşavirinin iştirakı ilə keçirilən Birgə Təhlükəsizlik Komitəsinin iclasında əldə olunub.

Görüş oktyabrın 19-da Bağdadda baş tutub. İclasda İraq Kürdüstanı hökumətinin nümayəndələri də iştirak ediblər.

2023-cü ildə Bağdad və Tehran təhlükəsizlik sahəsində saziş imzalayıblar. Saziş İran hakimiyyətinə qarşı çıxan silahlı kürd qruplaşmalarının sərhədyanı ərazilərdən çıxarılmasını və İraq ərazisindən İrana qarşı silahlı fəaliyyət məqsədilə istifadə edilməsinin qarşısının alınmasını nəzərdə tutur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑