Dünya · Globalinfo.az

İran ABŞ-a şərt qoydu…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran ABŞ-a şərt qoydu… xəbəri üçün şəkil

“ABŞ-ın dəniz blokadası götürülməyənə və neft ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılmayana qədər İran nüvə proqramını müzakirə etməyəcək”.

Globalinfo.az xəbər verir ki,  bu barədə İsrailin 14-cü telekanalı məlumat yayıb.

Tehran nüvə danışıqlarının başlanmasını ABŞ-ın hərbi əməliyyatlarının dayandırılması ilə bağlı şərtləri tam yerinə yetirməsi ilə əlaqələndirib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bildirib ki, İran istənilən danışıqlar prosesinin ilkin mərhələsində uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıdır.

Məlumata görə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndə heyətləri regional gərginliyi azaltmaq məqsədilə Tehranda İran rəsmiləri ilə görüşüblər.

Danışıqlarda Hörmüz boğazındakı böhran, husilərin Səudiyyə Ərəbistanına raket hücumları, ABŞ-ın İran sahillərində dəniz blokadası və İsrailin regional siyasəti müzakirə olunub.

Görüşün yekununda dörd ölkə regional sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Növbəti görüşün tarixi və danışıqların digər detalları açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑