Dünya · Globalinfo.az

Heyvanlarda görülürdü, indi insanlara keçdi – Sürətlə yayıla bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Heyvanlarda görülürdü, indi insanlara keçdi – Sürətlə yayıla bilər xəbəri üçün şəkil

Fransada heyvanlarda görülən infeksiya bu ayın əvvəlində Lion şəhərində xəstəxanada müalicə alan şəxsdə aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bununla da Şamonda virusunun insanda qeydə alınması barədə ilk hal ictimaiyyətə açıqlanıb.

Fransa Səhiyyə Nazirliyi isə virusun insanlarda aşkarlanmadığını bildirərək, Lionda baş verən hadisənin bu baxımdan ilk hal olduğunu qeyd edib.

İlkin ehtimala görə, mərhum xəstəyə virus “Culicoides” cinsinə aid xırda milçəyin sancması nəticəsində keçib. Yoluxmanın dəqiq mənbəyi araşdırılır.

Nazirliyin açıqlamasına əsasən, hazırda mövcud məlumatlar Şamonda virusunun ictimai səhiyyə üçün təhlükə yaratdığını göstərmir, amma virusun yayılma ehtimalı istisna edilmir.

Qeyd edək ki, Şamonda virusu ilk dəfə 1960-cı illərdə Nigeriyada aşkarlanıb. Sonrakı illərdə Afrikada və Yaponiyada mal-qara arasında qeydə alınan virusun yoluxma halları bu ilin yayında Fransanın şərqindəki heyvanlarda da müəyyən edilib.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑