Dünya · Globalinfo.az

Fransızlar Makronu ölümlə hədələdilər: “Biz bunu təkrarlayacağıq” – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransızlar Makronu ölümlə hədələdilər: “Biz bunu təkrarlayacağıq” – VİDEO xəbəri üçün şəkil

Fransada etiraz aksiyaları iğtişaşlara çevrilib. Etirazçılar Prezident Emmanuel Makronun istefasını tələb edir, küçələrdə onun XVI Lüdovikin taleyini yaşaya biləcəyinə dair təhdidlər səsləndirirlər.

Globalinfo.az xəbər verir ki, Paris küçələrində yürüş keçirən etirazçılar vaxtilə edam olunan Fransa kralı XVI Lüdovikin taleyini xatırladaraq Makronu hədələyirlər.

“Makron, biz bunu təkrarlayacağıq!” – deyə aksiya iştirakçıları şüarlar dilə gətirirlər.

Nəşrin məlumatına görə, ölkənin bir sıra şəhərlərində də iğtişaşlar qeydə alınıb. Tur şəhərində etirazçılar mağazya daxil olaraq onu talan ediblər. Lionda XIX əsrə aid tarixi bina dağıdılıb və yandırılıb. Marseldə isə etirazçılar şəhər meriyasının binasına daxil olublar.

Fransada baş verən hadisələr fonunda etirazçıların Makronun istefası ilə bağlı tələbləri və prezidentə qarşı təhdidləri diqqət çəkir.


Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑