Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Apache” tipli helikopteri sərhəd bölgəsində vurduqlarını iddia ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Husilərin hərbi sözçüsü Yəhya Səria açıqlamasında bildirib ki, helikopter Səudiyyə Ərəbistanının cənubunda, Nəcran yaxınlığında yerləşən mövqelərə qarşı əməliyyatlar apararkən məhv edilib.
“Silahlı qüvvələrimiz Nəcran yaxınlığında, Səudiyyə Ərəbistanının cənubunda, sərhəd bölgəsindəki mövqelərimizə qarşı hərbi əməliyyatlar həyata keçirən Səudiyyə Ərəbistanına məxsus “Apache” helikopterini məhv etməyi bacarıb”, – deyə bəyanatda qeyd olunub.





