İdman · Globalinfo.az

“Fənərbağça” yeni baş məşqçisi ilə razılığa gəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Fənərbağça” yeni baş məşqçisi ilə razılığa gəldi xəbəri üçün şəkil

Türkiyənin “Fənərbağça” klubu portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə baş məşqçi vəzifəsi üçün razılıq əldə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 51 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanması nəzərdə tutulur. Konseysau İstanbul təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Liverpul”la keçirəcəyi qarşılaşmanı tribunadan izləyəcək.

Qeyd edək ki, Türkiyə Superliqasında 16 xalla altıncı pillədə qərarlaşan “Fənərbağça” bir neçə gün əvvəl baş məşqçi İsmayıl Kartalla yollarını ayırıb. Serjiu Konseysau son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çalışıb.

Əliyar Xəlil,

Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑