
Ermənistan parlamenti TRIPP layihəsi çərçivəsində ABŞ-la strateji əməkdaşlığa dair çərçivə sazişini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Sənədin ratifikasiyasına 63 deputat səs verib, 32 deputat isə əleyhinə çıxıb. Səsvermədə bitərəf qalan olmayıb.
Qeyd edək ki, bu ilin mayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio iki ölkə arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini paraflayıblar.
Safura Bənnayeva
Globalinfo.az




