Region · Globalinfo.az

Bu sualı məni alçaltmaq üçün verirsiniz? – Onu İrəvana gətirmək istədik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu sualı məni alçaltmaq üçün verirsiniz? – Onu İrəvana gətirmək istədik xəbəri üçün şəkil

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda saxlanılan erməni terrorçulardan bəhs edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə parlamentdə “Güclü Ermənistan” fraksiyasının deputatı Syuzanna Avetisyanın sualını cavablandırarkən danışıb.

“Bu sualı məni siyasi cəhətdən aciz vəziyyətə salmaq üçün verirsiniz, yoxsa həqiqətən cavabı bilmək istəyirsiniz?

Artıq başqa çarə yoxdur, bu məsələ həll olunmalıdır. Nəsə etməyə çalışırıq, amma alınmır, nə edək?! Müxtəlif dövlətlərə və təşkilatlara müraciət etmişik. Gedib-gəliblər, deyiblər ki, yox, yox, vay”, – deyə Mirzoyan əlavə edib.

Qeyd edək ki, erməni müxalifəti “Bakıda saxlanılan erməni məhbuslar” dedikdə, hərbi cinayətlərə görə həbs yatan Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər terrorçuları nəzərdə tutur.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑