Dünya · Globalinfo.az

Bu ölkədə hərbi xidmət məcburi olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkədə hərbi xidmət məcburi olacaq xəbəri üçün şəkil

Almaniya gələcəkdə məcburi hərbi xidmət sistemini bərpa edə bilər. Ölkənin kansleri Fridrix Merz bildirib ki, könüllü hərbi xidmət modeli gözlənilən nəticəni verməsə, məcburi çağırışın yenidən tətbiqi gündəmə gələcək.

Globalinfo.az xəbər verir ki, Merz bu barədə “Almaniya günü” tədbirində çıxışı zamanı danışıb.

Kanslerin sözlərinə görə, hazırda ölkədə könüllülük prinsipi əsasında yeni hərbi xidmət modeli tətbiq olunur. Onun effektivliyi gələn il qiymətləndiriləcək. Bununla belə, Merz məcburi hərbi xidmətə qayıdışın hakim ittifaqın əsas proqramına daxil edilməsinin səbəbsiz olmadığını vurğulayıb.

O bildirib ki, Almaniyada gələcəkdə məcburi hərbi xidmətin bərpasının zərurətə çevrilə biləcəyi ilə bağlı qənaət getdikcə güclənir. Kansler həm gənc kişilərin, həm də qadınların Almaniya cəmiyyətinin rifahı naminə hərbi xidmət keçməyə hazır olduqlarına inandığını bildirib.

Qeyd edək ki, Almaniyada 2011-ci ildə ləğv edilən məcburi hərbi xidmət əvəzinə 2025-ci ilin dekabrında könüllü hərbi xidmət modeli bərpa olunub. Yeni sistemin əsas məqsədi 2035-ci ilədək Bundesverin şəxsi heyətinin sayını 260 min nəfərə çatdırmaq və 200 min ehtiyat hərbçi hazırlamaqdır.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑