Dünya · Globalinfo.az

Avropanı bürüyən etirazlar İspaniyaya da çatdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropanı bürüyən etirazlar İspaniyaya da çatdı xəbəri üçün şəkil

Avropanın bir sıra ölkələrində keçirilən etirazlar İspaniyaya da yayılıb. Barselonada gənclərin iştirakı ilə keçirilən aksiya iğtişaşlarla nəticələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, oktyabrın 24-də Barselonanın Kataloniya meydanında toplaşan, əsasən qara geyimli nümayişçilərin bir qismi mağazaları qarət edib, vitrinləri sındırıb və zibil konteynerlərini yandırıb.

Polis aksiyaya müdaxilə edib, etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaşanıb.

Hadisələr zamanı 100 nəfər saxlanılıb. Kataloniyanın daxili işlər naziri Nuria Parlon saxlanılanların təxminən 25 faizinin yetkinlik yaşına çatmadığını bildirib.

İğtişaşlar nəticəsində 30-dan çox yanğın törədildiyi, 14 mağazaya ziyan dəydiyi qeyd olunub.

Aksiyanın sosial şəbəkələrdə “Institut Indignats” şüarı ilə təşkil edildiyi bildirilir. Bu hərəkat Fransada son həftələrdə keçirilən tələbə etirazlarından ilhamlanıb.

Qeyd edək ki, oktyabrın 24-də Fransa, İtaliya, İspaniya, Albaniya və digər Avropa ölkələrində müxtəlif sosial və siyasi tələblərlə aksiyalar keçirilib. Etirazların səbəbləri ölkələr üzrə dəyişir: yaşayış xərcləri, mənzil əlçatanlığı, təhsil və pensiya hüquqları əsas narazılıq mövzuları arasındadır.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑