İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-a məxsus silah anbarını məhv etdiyini açıqlayıb.Bu barədə İsrail ordusunun bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, aviazərbə nəticəsində tamamilə dağıdılan anbar HƏMAS-ın hərbi qanadı tərəfindən avtomatlar, buraxılış qurğuları və raketlər də daxil olmaqla, müxtəlif növ silahların saxlanılması üçün istifadə edilib.
İsrail ordusu HƏMAS-ın döyüş potensialını bərpa etmək və İsrail hərbçilərinə qarşı istifadə oluna biləcək silahlar əldə etmək cəhdlərinin qarşısını almaq üçün tədbirləri davam etdirəcəyini bildirib.






