Dünya · Globalinfo.az

ABŞ-ın məşhur ştatının adı dəyişdirilir – Tramp açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-ın məşhur ştatının adı dəyişdirilir – Tramp açıqladı xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının dəyişdirilməsi təşəbbüsünü yenidən gündəmə gətirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Trampın fikrincə, ştat Meksikanın deyil, ABŞ-ın bir hissəsi olduğu üçün indiki adından imtina etməlidir. O hesab edir ki, adın dəyişdirilməsi regionun nüfuzunu yüksəldə və yerli sakinlərin gəlirlərinin artmasına töhfə verə bilər.

ABŞ lideri mümkün ad dəyişikliyini ştatda keçirilən seçkilərlə də əlaqələndirib. O, bu addımın seçkilərin daha ədalətli keçirilməsinə kömək edəcəyinə ümid etdiyini bildirib və Nyu-Meksikoda seçkilərin ədalətliliyi ilə bağlı tənqidi fikirlər səsləndirib.

Qeyd edək ki, Demokratlar Partiyasını təmsil edən Nyu-Meksiko qubernatoru Mişel Lujan Qrişam daha əvvəl bu təşəbbüsə qarşı çıxıb.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑