Dünya · Globalinfo.az

Ərdoğandan Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğandan Rusiya və Ukraynaya ÇAĞIRIŞ xəbəri üçün şəkil

cumhurbaskani erdogandan onemli aciklamalar tjzw

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı Qara dənizdə hərbi əməliyyatları dayandırmağa və gərginliyi artıran addımlardan çəkinməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Bildirilib ki, Ərdoğan bu fikirləri İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib:

“Hücumların kim tərəfindən və hansı əsasla həyata keçirilməsindən asılı olmayaraq, buna dözmək mümkün deyil. Bütün tərəfləri məsuliyyətli davranmağa çağırırıq.  Ankara həm Moskva, həm də Kiyevə Qara dənizdə döyüşlərin dayandırılması ilə bağlı təkliflər təqdim edib. Lakin tərəflər indiyədək bu istiqamətdə konkret addım atmayıblar”.

Zelenski isə oktyabrın 31-də Ərdoğanla görüşündə Qara dənizdə “taxıl dəhlizi”nin fəaliyyəti üzrə əməkdaşlıq barədə razılığa gəldiklərini bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑