Gündəm · Globalinfo.az

Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var xəbəri üçün şəkil

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.

Nəticədə, 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑