Gündəm · Globalinfo.az

Övladının əşyalarını aparmağa gedirdi, qonşusu ilə həyatını itirdi – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Övladının əşyalarını aparmağa gedirdi, qonşusu ilə həyatını itirdi – VİDEO xəbəri üçün şəkil

Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, oxu.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri – 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev və onun qonşusu, 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov yük avtomobili ilə yola çıxıblar.

Belə ki, Fariz Qarayevin övladı yeni ev aldığı üçün onlar həmin evə məişət əşyaları aparmaq məqsədilə “QAZel” markalı yük avtomobili ilə yola düşüblər. Lakin səfər faciə ilə nəticələnib. Qəza zamanı hər iki şəxs hadisə yerində həyatını itirib.

Qeyd edək ki, toqquşmanın gücündən “QAZel” markalı yük avtomobili iki hissəyə bölünüb.

Faktla bağlı araşdırma davam etdirilir.

***18:31

Xəbər verdiyimiz kimi, Salyanda 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Qafqazinfo qəzada həlak olan Ələkbər Həsənov və Fariz Qarayevin fotosunu təqdim edir:

Fotoda: Ələkbər Həsənov

WhatsApp Image 2026 11 01 at 17 28 38

Fotoda: Fariz Qarayev

IMG 2945
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑