Globalinfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Van İ bu fikirləri Səudiyyə Ərəbistanının milli təhlükəsizlik üzrə müşaviri Musaid bin Məhəmməd əl-Aybanla görüşündə səsləndirib.
“Çin hesab edir ki, regionun bütün ölkələri qarşılıqlı anlaşmanı dərinləşdirməli, etimadı bərpa etməli, münasibətləri yaxşılaşdırmalı, sülh və harmoniya şəraitində yaşamalıdırlar. Həmçinin məsləhətləşmələr yolu ilə region xalqlarının uzunmüddətli maraqlarına cavab verən yeni regional təhlükəsizlik arxitekturasının yaradılmasına töhfə verməlidirlər”, – deyə Çin XİN rəhbəri bildirib.
Çinli diplomat qeyd edib ki, region yenidən müharibə və sülh arasında taleyüklü seçim qarşısında qalıb. Onun sözlərinə görə, sülhə gedən yol asan olmasa da, buna nail olmaq mümkündür.
Pekin münaqişə tərəflərinin fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə aradan qaldıracağına, hərbi əməliyyatları dayandıracağına, enerji resurslarının və dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin edəcəyinə ümid bəslədiyini bildirib.
Əliyar Xəlil


