İdman · Globalinfo.az

“Sabah” Çempionlar Liqasında tarix yazdı – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” Çempionlar Liqasında tarix yazdı – VİDEO xəbəri üçün şəkil

“Sabah” “Slavia”nı 2-0 məğlub edərək ilk 3 xalını qazanıb.

Bu komandamızın Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

***

“Sabah” – “Slaviya Praqa” matçında ikinci qol vurulub.

Globalinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən oyunda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb – 2:0.

Matçın 88-ci dəqiqəsində Coy-Lens Mikels fərqlənib.

***21:58

Sabah” və “Slaviya Praqa” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.

Globalinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesabı açıb.

49-cu dəqiqədə Kahim Parris fərqlənib.

***21:51

“Sabah” – “Slaviya” matçında ikinci hissə başladı.

***21:39

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Sabah“-“Slaviya Praqa” matçının ilk hissəsi başa çatıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində qapılara top vurulmayıb.

***20.45

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Sabah” və Çexiyanın “Slaviya Praqa” komandaları arasında oyun başlayıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

***19:54

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda üz-üzə gələcək “Sabah” və Çexiyanın “Slaviya Praqa” klublarının start heyətləri müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, komandalar oyuna aşağıdakı futbolçularla başlayacaqlar.

“Sabah“: Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

“Slaviya Praqa”: Yakub Markoviç, David Zima, Anj Nqessan, Tomaş Holeş (k), Daniel Ştrum, Mixal Sadilek, David Mozes, Tomaş Vlçek, Emmanuel Ayaosi, Lukaş Provod, Tomaş Horıy.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑