İdman · Futbolpress.az

“Təəssüf ki, qaydalar bəzi komandalara qarşı fərqli işləyir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Təəssüf ki, qaydalar bəzi komandalara qarşı fərqli işləyir” xəbəri üçün şəkil

“Sumqayıt” Misli Premyer Liqasının IX turunda “Zirə”yə uduzdu – 2:3.

“Kimyaçılar” ikinci hissənin əvvəlində hesabı bərabərləşdirsə də, VAR müdaxiləsindən sonra ofsayd qeydə alındı və qol ləğv edildi. Bir neçə dəqiqə davam edən yoxlanışdan çıxan qərar “Sumqayıt” cəbhəsində narazılıq yaratdı, kəskin etirazlar müşahidə olundu.

Matçın final fitindən sonra da klubun məşqçilər heyəti baş hakim Tural Qurbanova yaxınlaşaraq, narazılıqlarını bildirdi.

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandidonun köməkçisi Vurğun Hüseynov “Futbolpress.az“a durumu şərh etdi:

“Ofsayd olduğunu necə müəyyən etdilər, bilmirəm. Orada tam görüntü yoxdur. Qaydalara görə, bir epizodu VAR tam təhlil edə bilmirsə, hakimin qərarı qüvvədə qalmalıdır, amma bizdə əksinə oldu.

Çox danışmaq istəmirəm. Təəssüf ki, qaydalar bəzi komandalara qarşı fərqli işləyir”.

“Sumqayıt” 9 turdan sonra 8 xalla 8-ci sıradadır. “Zirə” isə 15 xalla 5-ci pillədədir.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑