İdman · Futbolpress.az

“Sabah”ın prezidenti: “Neftçi” Azərbaycanın ən köklü komandasıdır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”ın prezidenti: “Neftçi” Azərbaycanın ən köklü komandasıdır” xəbəri üçün şəkil

“Sabah” futbol klubunun prezidenti Maqsud Adıgözəlov Rusiyanın “Sport-Ekspress” nəşrinə verdiyi geniş müsahibədə klubun maliyyə modeli, Çempionlar Liqasındakı tarixi uğuru və gələcək hədəfləri barədə danışıb.

Futbolpress.az xəbər verir ki, ÇL-dən əldə olunan gəlirlərin klubun illik büdcəsini üstələdiyini deyən rəhbər həmin vəsaitlərin bahalı transferlərə deyil, xüsusi yaradılan “Sabah Endowment” investisiya fonduna yönəldiləcəyini açıqlayıb.

Prezident İlham Əliyevin ayırdığı 5 milyon manat və UEFA mükafatları hesabına maliyyələşəcək fondun gəlirləri ildə 1–1,2 milyon avro tələb edən akademiyanın saxlanmasına sərf olunacaq.

Maaş limitini dəyişməyən klubda ən yüksək illik ödəniş 350 min avro səviyyəsində qalır. Məhz bu səbəbdən İqor Noqeyra heyətdə saxlanıla bilməyib.

Azarkeş auditoriyasını genişləndirmək üçün əsas hədəfin tələbə gənclər olduğunu qeyd edən Adıgözəlov “Neftçi” və “Qarabağ” kimi köklü klublarla rəqabətdən də danışıb:

“Başa düşürük ki, gənc klub olaraq tamaşaçı uğrunda “Neftçi” ilə rəqabət aparmaq bizim üçün çətindir. “Neftçi” Azərbaycanın ən köklü komandasıdır. 60 il əvvəl SSRİ çempionatının mükafatçısı olub. Onun azarkeşlik ənənələri babadan ataya, atadan oğula ötürülüb. Eyni zamanda, artıq 12 ildir avrokuboklarda çıxış edən “Qarabağ”la da rəqabət aparırıq. Lakin klub böyüdükcə bizim də öz fanat bazamız formalaşır. Hamımız birgə inkişaf edirik, komanda, funksionerlər, əməkdaşlar və onlarla bərabər azarkeşlərimiz”.

Həmçinin Dortmund “Borussiya”sı ilə oyundan sonra yaranan su keyfiyyəti iddialarına toxunan prezident ilkin analizlərdə təhlükəli bakteriya aşkar edilmədiyini və məsələ ilə bağlı UEFA-ya müraciət olunacağını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑