“Qarabağ” Misli Premyer Liqasındakı ev oyunlarının məkanını dəyişdirib.
Futbolpress.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) yaydığı rəsmi məlumata əsasən, Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda renovasiya işlərinin aparılması ilə bağlı quruma müraciət ünvanlayıb.
PFL “Qarabağ”ın müraciətini və “Azersun Arena”nın matçları qəbul etməyə tam hazır olduğunu nəzərə alaraq müvafiq qərar çıxarıb.
Beləliklə, çempionatın 11-ci turundakı “Turan Tovuz” görüşündən başlayaraq komanda ev oyunlarını “Azersun Arena”da keçirəcək.




