Fransanın “France Football” jurnalı 2025/2026 mövsümünün ən yaxşı futbolçusuna təqdim olunacaq “Qızıl top” mükafatı üzrə səsvermənin nəticələrini ictimaiyyətə açıqlamağa başlayıb.
Futbolpress.az xəbər verir ki, təşkilatçılar ilk mərhələdə yekun reytinqdə 21-30-cu yerlərdə qərarlaşan oyunçuların adlarını elan ediblər. Bu siyahıda Qabriel Maqalyans (“Arsenal”), Lautaro Martines (“İnter”), Nunu Mendeş (PSJ), Luis Dias (“Bavariya”), Markinyos (PSJ), Dayo Upamekano (“Bavariya”), Brunu Fernandeş (“Mançester Yunayted”), Xulian Kinyones (“Əl-Qadisiyə”), Sadio Mane (“Əl-Nəsr”) və Vilyam Saliba (“Arsenal”) yer alıblar.
“Qızıl top” mükafatının 70-ci, yubiley təqdimetmə mərasimi bu gün Londonda keçiriləcək.





