İdman · Futbolpress.az

“Meydanda maksimum güc qoyduq” — Ayxan Abbaszadə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Meydanda maksimum güc qoyduq” — Ayxan Abbaszadə xəbəri üçün şəkil

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Yaponiya yığmaları arasında Qəbələdə keçirilən yoldaşlıq görüşündə Azərbaycan millisi penaltilər seriyasında 5:4 hesabı ilə qələbə qazandı.

Oyundan sonra Azərbaycan millisinin və “İmişli”nin qapıçısı Ayxan Abbaszadə “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Öncəliklə, qarşılaşma barədə fikirlərinizi bilmək istərdik.

– Çox gərgin və maraqlı oyun keçdi. Həm birinci, həm də ikinci taymda komanda yoldaşlarım meydanda maksimum güc qoydular, əsl əzmkar futbol nümayiş etdirdilər. Matçın əsas vaxtı qolsuz başa çatsa da, penaltilər seriyasında üstün olub qələbə qazandıq. Yekunda qalib gəldiyimiz üçün çox şadıq.

– Matçın penaltilər seriyasına qədər uzanacağını gözləyirdiniz? Buna xüsusi hazırlaşmışdınız?

– Açığı, matçın penaltilərə qalacağı ilə bağlı əvvəlcədən xüsusi bir gözləntimiz yox idi. Lakin oyunun gedişatı belə gətirdi. Əsas olan odur ki, penalti seriyasında dəqiq oynayıb qalib gəldik və azarkeşlərimizi sevindirdik.

– Son oyunlarda həm Avropa (Moldova), həm də Asiya (Yaponiya) futbol məktəbinin nümayəndələrinə qarşı oynadınız. Bu cür fərqli üslublu komandalarla qarşılaşmaq oyununuza necə təsir edir?

– Müxtəlif futbol fəlsəfəsinə malik rəqiblərlə oynamaq bizə çox böyük təcrübə qazandırır. Meydana çıxdıqca futbolçuların özünəinamı artır, praktiki bacarıqları təkmilləşir və peşəkar kimi böyüyürlər. Bu keyfiyyətlər böyük futbola addım atanda bizə çox lazımdır. Əsas məqsədimiz həm təcrübə toplamaq, həm də azarkeşlərə baxımlı oyun nümayiş etdirməkdir.

Ayxan Zayıdzadə

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑