İdman · Futbolpress.az

Gəncədə ilk dəfə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gəncədə ilk dəfə xəbəri üçün şəkil

Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə ilk dəfə güləş üzrə Gəncə Kuboku təşkil olunub.

Futbolpress.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi turnirdə U-15 yaş kateqoriyasında 8 komanda mübarizə aparıb.

Gərgin keçən qarşılaşmaların yekununda bütün rəqiblərini üstələyən Sumqayıt təmsilçiləri kubokun qalibi olublar. Fəxri kürsünün ikinci pilləsində “Gəncə-1” komandası qərarlaşıbsa, Lənkəran idmançıları üçüncü yeri tutaraq mükafatçılar sırasına daxil olublar.

Yarışın əsas qayəsi bölgələrdə idmanın bu növünün kütləviliyini artırmaq, yeniyetmə idmançıların təcrübəsini zənginləşdirmək və perspektivli istedadları aşkar edərək cəmləşdirməkdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑