İdman · Futbolpress.az

DÇ: Azərbaycanın iki güləşçisi yarımfinalda

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
DÇ: Azərbaycanın iki güləşçisi yarımfinalda xəbəri üçün şəkil

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçirib.

Futbolpress.az verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadini məğlub edib. Onun yarımfinaldakı rəqibi Sergey Yemelin (Rusiya) olacaq.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov isə 1/4 finalda Han Jae Chunga(Cənubi Koreya) qalib gələrək yarımfinala yüksəlib. Cəfərovun final yolundakı rəqibi Səid Esmaeili (İran) ilə qarşılaşacaq.

87 kq-da mübarizə aparan İslam Abbasov 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Mundial noyabrın 1-də başa çatacaq. Dünən yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑