İdman · Futbolpress.az

“Bavariya”nı büdrədən skandinavlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bavariya”nı büdrədən skandinavlar xəbəri üçün şəkil

“Sabah” UEFA Çempionlar Liqasında bu gün növbəti oyuna çıxacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Norveçdə “Vikinq”in qonağı olacaq.

Ötən il ölkə çempionu olan skandinavlar cari mövsümdə də liqada liderdir. Komanda 25 turdan sonra 59 xalla birinci sıradadır. İkinci pillədəki “Bodo-Qlimt”lə xallar eyni olsa da, vurulan qol sayında üstün olan “Vikinq” zirvədə qərarlaşıb.

Byarte Lunde Aarsheymin başçılıq etdiyi komanda 25 matçda 64 qol vurub. 19 qələbə qazanan kollektiv 2 dəfə heç-heçə edib, 4 dəfə uduzub. 

“Vikinq” Çempionlar Liqasında isə 3 turdan sonra 1 xal toplaya bilib. Komandanın yeganə qazancı ötən oyun həftəsində “Bavariya” ilə matçda olub. İlk hissədə 2:0 hesablı üstünlük əldə edən norveçlilər yekunda hesabı qoruya bilməyib və bərabərlik qeydə alınıb – 2:2.

Skandinaviya təmsilçisi digər görüşlərdə isə “Ştutqart” (Almaniya) və “Aston Villa”ya (İngiltərə) eyni hesabla uduzub – 1:3.

Müdafiədə boşluqlar verən “Vikinq” hücumda daha effektivdir. Sürətli irəli çıxan norveçlilərin əsas qol silahı Erik Bothemdir. “Malmö”dən transfer edilən forvard bu mövsüm çempionatda 7 oyunda 4 qola imza atıb.

Erik Azərbaycan futboluna tanış addır. Forvard “Malmö”də çıxış edən zaman 2024-cü ildə “Qarabağ”a qarşı keçirilən matçda dubl etməklə komandasına qələbə qazandırmışdı. Heyətdə Tobias Moy, Peter Kristansen, Kristoffer Askildsen kimi keyfiyyətli futbolçular da yer alır.

Bu gün Norveçdə baş tutacaq “Vikinq” – “Sabah” oyununa saat 00:00-da start veriləcək.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑