İdman · Futbolpress.az

Azərbaycan millisi Qazaxıstana yola düşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisi Qazaxıstana yola düşdü xəbəri üçün şəkil

Qadın güləşi üzrə Azərbaycan milli komandası qarşıdan gələn dünya çempionatına yekun hazırlıq mərhələsi üçün Qazaxıstana yola düşüb.

Futbolpress.az xəbər verir ki, böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Almatı şəhərinə yollanan heyətdə Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) yer alıblar. Oktyabrın 12-də start götürən təlim-məşq toplanışı Qazaxıstan və Rumıniya yığmalarının da iştirakı ilə beynəlxalq formatda təşkil olunub.

Təlim-məşq prosesinin gedişində əsas diqqət taktiki-texniki gedişlərin təkmilləşdirilməsinə və ehtimal olunan rəqiblərin döyüş stilinin təhlilinə yönəldilib. U-23 dünya çempionatı yekunlaşdıqdan sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da Almatıdakı toplanışa daxil olacaq.

Oktyabrın 24-dək davam edəcək hazırlıq mərhələsi başa çatdıqdan sonra millimiz yarışların keçiriləcəyi Astana şəhərinə yollanacaq. Dünya çempionatında qadın güləşçilərin mübarizəsi oktyabrın 27-dən 30-dək baş tutacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑