Qadın voleybolçulardan ibarət “DH Volley” komandası avrokuboklarda mübarizəyə qoşulmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, təmsilçimiz CEV Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Danimarkanın “Holte IF” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Seriyanın ilk oyunu oktyabrın 27-də səfərdə baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında cavab qarşılaşması isə noyabrın 5-də paytaxtımızda təşkil olunacaq.





