İdman · Futbolpress.az

Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır xəbəri üçün şəkil

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 10-da yeddinci yarış gününün görüşləri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların +78 kq və kişilərin +100 kq çəki dərəcələrində mübarizə aparacaq.

Qadınların +78 kq çəki dərəcəsində Madina Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.

Kişilərin +100 kq çəki dərəcəsində Camal Qamzatxanov 1/32 finalda Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.

Uşanqi Kokauri və Kənan Nəsibov isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑