İdman · Futbolpress.az

ÇL öncəsi sıradan çıxdılar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ÇL öncəsi sıradan çıxdılar xəbəri üçün şəkil

Almaniyanın “Bavariya” klubu Dortmund “Borussiya”sı ilə keçirilən və 2:2 hesabı ilə bitən prinsipial matçdan sonra ağır kadr itkiləri ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, görüş zamanı zədələnən İsmael Saybari və Serj Qnabri uzun müddət komandaya kömək edə bilməyəcəklər. Sağ topuq bağında qopma aşkarlanan Saybari artıq əməliyyat olunub və təxminən 3 ay yaşıl meydanlardan kənar qalacaq. Sol bud əzələsindən xəsarət alan Serj Qnabrinin bərpası isə 4-6 həftə çəkəcək.

Həmçinin qarşılaşmada zədə alan Maykl Olisenin durumu hələlik qeyri-müəyyəndir. Onun Çempionlar Liqasındakı “Atletiko” (Madrid) ilə oyunda iştirak edib-etməyəcəyi müayinələrdən sonra dəqiqləşəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑