Nəqliyyat · FED.az

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb - FED.az

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb - FED.az xəbəri üçün şəkil

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb.

FED.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib.

"Kramatorskda içərisində sərnişinlərin olduğu avtobusa Rusiyanın endirdiyi zərbə nəticəsində 33 nəfər ölüb, 18 nəfər isə yaralanıb", - qurumun məlumatında bildirilib.

Bundan başqa, atəş nəticəsində Kramatorsk icmasının Belenkoye qəsəbəsində daha 3 nəfər ölüb. Xilasedicilər həlak olanlardan birini fərdi evin dağıntıları altından çıxarıblar.

Daha əvvəl Rusiyanın Kramatorska zərbəsi nəticəsində 30 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat verilmişdi. Şəhərdə iki sərnişin avtobusu və çoxmənzilli bina zədələnib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑