Siyasət · Editor.az

Putin Zelenski ilə görüşə razılıq verdi – Təhlükəsizlik zəmanəti və ağır şərt!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin Zelenski ilə görüşə razılıq verdi – Təhlükəsizlik zəmanəti və ağır şərt! xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə birbaşa danışıqlar aparmağa hazır olduğunu bir daha təsdiqləyib.

Kreml Zelenskinin Moskvaya gələcəyi təqdirdə onun təhlükəsizliyinin təmin ediləcəyini açıqlayıb.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” informasiya xidmətinə müsahibəsində bildirib.

Uşakovun sözlərinə görə, oktyabrın 27-də Putinlə telefon danışığı aparan Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Ukrayna liderinin Rusiya Prezidenti ilə birbaşa görüşməkdə maraqlı olduğunu Moskvanın diqqətinə çatdırıblar.

“Əgər Zelenski həqiqətən birbaşa danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlsin. Burada onun üçün bütün zəruri şərait, o cümlədən təhlükəsizliyinin təmin olunması üçün lazımi imkanlar yaradılacaq”, – deyə Uşakov Putinin mövqeyini açıqlayıb.

Kreml rəsmisi eyni zamanda Putinlə Zelenskinin mümkün görüşünün əsas şərtini də açıqlayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi hesab edir ki, iki ölkə liderinin görüşü sülh danışıqları nəticəsində uzunmüddətli nizamlanmaya dair sənədlər hazırlandıqdan sonra baş tutmalıdır.

“Bundan sonra iki ölkənin liderləri görüşə bilər. Danışıq aparan nümayəndələr hazırlanmış sənədləri onlara təqdim edər, liderlər isə həmin sənədləri imzalaya bilərlər”, – deyə Uşakov vurğulayıb.

Rusiya Prezidentinin köməkçisi bildirib ki, Putinlə Finlandiya və Norveç rəhbərləri arasında təxminən 90 dəqiqə davam edən telefon danışığında Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpası məsələsi də müzakirə olunub.

Musavat.com

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑