Siyasət · AZƏRTAC

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsraildə parlament seçkilərində səsvermə başa çatıb xəbəri üçün şəkil

Bakı, 28 oktyabr,

İsraildə Knessetə keçirilən seçkilərlə əlaqədar səsvermə məntəqələri bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, seçkilərdə seçici fəallığı rekord həddə çatıb. Səsvermənin başa çatmasına iki saat qalmış, yerli vaxtla saat 20:00-a olan məlumata əsasən, seçicilərin 74,3 faizi səs verib. Bu göstərici 2022-ci il parlament seçkilərində qeydə alınan 70,63 faizlik yekun fəallığı da üstələyib.

Seçkilərdə iştirak etmək üçün 36 partiya qeydiyyatdan keçib. Səsvermə hüququna malik olan israillilərin sayı 7,3 milyon nəfərdir.

Yekun nəticələrin noyabrın 4-dək rəsmi şəkildə dərc olunması gözlənilir. Bundan sonra İsrail Prezidenti İsaak Herzoq Knessetə seçilən partiyaların nümayəndələri ilə məsləhətləşmələr apararaq yeni hökumətin formalaşdırılması prosesinə başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑