Siyasət · Editor.az

Oktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Oktay Saral vəzifədən çıxarıldığını təsdiqlədi: “Ərdoğanın tapşırığı ilə ayrıldım” xəbəri üçün şəkil

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifədən azad edildiyini təsdiqləyib. O, qərarın Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saral bu barədə jurnalist Talat Atilla ilə telefon danışığında açıqlama verib. Atillanın məlumatına görə, Saral vəzifədən çıxarılması barədə suala müsbət cavab verərək deyib:

“Cənab Prezidentimiz vəzifəyə gətirdi, onun tapşırığı ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”. (sozcu.com.tr⁠)

Telefon danışığında qərarın Azərbaycanla bağlı açıqlamalarından qaynaqlanıb-qaynaqlanmadığı da soruşulub. Saralın cavabı belə olub:

“Bəli, elə görünür”.

O, vəzifəyə bağlı olmadığını vurğulayıb, əsas məsələnin Türkiyə dövləti və Prezident Ərdoğanın uğuru olduğunu söyləyib. Beləliklə, Saral Azərbaycanla bağlı çıxışları ilə vəzifədən uzaqlaşdırılması arasında əlaqənin mümkünlüyünü özü də qəbul edib. Bununla belə, onun cavabı qərarın səbəbinə dair rəsmi açıqlama deyil.

Xatırladaq ki, Saralın Azərbaycanda məktəblərdə geyim qaydaları ilə bağlı çıxışı müzakirələrə səbəb olmuşdu. Ardınca Türkiyə mediasında Bakı tərəfindən onun vəzifədən çıxarılmasının istənildiyi barədə iddialar yayılmışdı. Saralın son sözləri isə vəzifədən ayrılması barədə xəbərlərə öz dilindən təsdiq gətirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑