Gürcüstanın Tbilisi şəhərində İnterpolun “qırmızı bülleteni” ilə beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı tutulub.
Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarının müraciəti əsasında beynəlxalq axtarışa verilib. O, qrup halında adam öldürmə, xuliqanlıq və qanunsuz odlu silah gəzdirmədə ittiham olunur.
Şübhəli şəxs Gürcüstanda aparılan istintaq tədbirləri nəticəsində Tbilisidə müəyyən edilərək saxlanılıb.
Hazırda onun Ermənistana təhvil verilməsi ilə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir.





