Dünya · Editor.az

ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmisini göndərir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmisini göndərir xəbəri üçün şəkil

ABŞ regionda hərbi gücünü artırmaq məqsədilə Yaxın Şərqə “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin zərbə qrupunu və Dəniz Piyada Korpusunun 13-cü ekspedisiya dəstəsini göndərir.

Musavat.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Məlumata görə, hərbi birləşmələrin noyabrın sonuna qədər bölgəyə çatması gözlənilir.

Telekanalın bildirdiyinə görə, bu addım regiona əlavə olaraq təxminən 10 min dənizçi və dəniz piyadasının yerləşdirilməsi deməkdir. Gücləndirmə qərarı Pentaqon rəhbəri Pit Heqsetin İsrailin baş naziri Binyamin Netanyahusu ilə “Ovda” hərbi hava bazasında baş tutan məxfi görüşündən bir gün sonra verilib.

Qeyd olunur ki, “USS Theodore Roosevelt” Ərəbistan dənizində yerləşən “USS George H.W. Bush” və “USS George Washington” təyyarədaşıyan gəmilərinə qoşulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑