ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olub.
Demokratlar Senatda və Nümayəndələr Palatasında çoxluğu təmin edərək Prezident Donald Trampın Respublikaçılar Partiyası üçün ağır məğlubiyyətə imza atıblar.
Seçkilərdə demokratlar ənənəvi olaraq respublikaçıların güclü mövqeyə malik olduğu bir sıra ştatlarda da qələbə qazanıblar. Texas, Kanzas və Cənubi Karolina kimi ştatlarda əldə edilən nəticələr seçkinin əsas siyasi sürprizlərindən hesab olunur.
Analitiklərin fikrincə, seçicilərin qərarına İranla müharibə, yaşayış xərclərinin artması, gömrük tarifləri və administrasiyaya qarşı korrupsiya iddiaları ciddi təsir göstərib.
Yeni Konqres fəaliyyətə başladıqdan sonra demokratların
Tramp administrasiyasının qərarlarına daha sərt nəzarət etməsi, bəzi qanunvericilik təşəbbüslərinə mane olması və hökumətin fəaliyyətini araşdırması gözlənilir. Beləliklə, ABŞ-da Ağ Ev və Konqres arasında siyasi qarşıdurmanın daha da güclənəcəyi ehtimal olunur.
//Samir Qurbanov, Editor.az


