Ukrayna Prezidenti Volodimir Zelenski “Yandex”in Rusiyadakı data mərkəzinə zərbə ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna Rusiyanın zərbələrinə, o cümlədən data mərkəzlərinə hücumlarına cavab olaraq “güzgü prinsipi” ilə qarşılıq verir.
“Data mərkəzləri – hamınız bilirsiniz, onlar bizim data mərkəzlərimizə zərbələr endiriblər və endirirlər. Biz də onlara cavab verdik. Bütün detalları deyə bilmərəm”, – Zelenski bildirib.
Ukrayna Prezidenti əməliyyatın digər təfərrüatlarını açıqlamayıb.
Bizim.Media
Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





