Region · Bizim.Media

Türkiyənin süni intellektlə hazırlanan filmi Cottbus Film Festivalının əsas müsabiqəsinə seçildi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyənin süni intellektlə hazırlanan filmi Cottbus Film Festivalının əsas müsabiqəsinə seçildi xəbəri üçün şəkil

Türkiyənin Spongeworthy studiyasının süni intellektlə hazırlanmış “A Woman Asleep” (“Yatan qadın”) tammetrajlı filmi 36-cı Cottbus Film Festivalının Əsas Müsabiqəsinə seçilib. 

Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.

Mənbə qeyd edir ki, filmin rejissoru Gizem Avcıoğlu kimi tanınan Vikki Bardotdur. Onun çəkdiyi 80 dəqiqəlik ingilisdilli film avtobioqrafik ssenari əsasında hazırlanıb və həm vizual, həm də narrativ yanaşmada süni intellektdən istifadə edilib. 
 

Filmdə Bardotun öz səsinin süni intellektlə yaradılmış klonundan istifadə edilir. Vizual materiallar isə rejissorun özünün fərdiləşdirdiyi modellər vasitəsilə hazırlanıb.


İki il ərzində ərsəyə gətirilən filmin son versiyası təxminən 50 min kadrdan ibarətdir.  

Bardot tammetrajlı film səviyyəsində süni intellektlə işləyən azsaylı qadın rejissorlardan biri kimi təqdim olunur.



Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑