Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, ölkənin Səhiyyə Nazirliyi siqaret çəkməni azaltmaq və uşaqları qorumaq üçün yeni hüquqi məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Bu kontekstdə səhiyyə naziri Kamal Memişoğlu siqaret satışı ilə bağlı yeni qaydanın bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini açıqlayıb. Memişoğlu qaydanın siqaret satışı üçün Türkiyə Respublikasının şəxsiyyət vəsiqələri tələbini tətbiq edəcəyini bildirib.
Bizim.Media
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





